15/10/2021
14:57
1954
| A A A
"Çempionlar Liqasının favoriti Chelsea-dir"

PSG-nin baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Goal.az xəbər verir ki, Marca-ya argentinalı mütəxəssis, Chelsea-nin Çempionlar Liqasının favoriti olduğunu deyib:

“Çempionlar Liqasını qazanmaq bizim üçün bir xəyaldır, arzudur. Futbolçularım bu arzunu reallaşdırmaq üçün çalışırlar.

Çempionlar Liqasının favoriti Chelsea-dir. Onlar yay transfer pəncərəsi dövründə heyətlərini gücləndirdilər. Bəlkə də, bizdən daha çox pul xərclədilər. Çempionlar Liqasının əsas favoriti Chelsea-dir, biz də namizədlər arasındayıq”.