15/10/2021
16:23
4718
| A A A
Ronaldo "qızıl top"a namizədini açıqladı

Braziliya millisinin əfsanəvi hücumçusu, Valladolid klubunun sahibi Ronaldo "qızıl top"a namizədini açıqlayıb.

Goal.az xəbər veri ki, veteran futbolçu bu barədə şəxsi instaqram səhifəsində yazıb.

Ronaldo onun namizədinin Madrid klubunun hücumçusu Kərim Benzemanın olduğunu bildirib:"Təbii ki, "qızıl top"a namizədim Benzemadır. 10 il inanılmaz səviyyədə oynayan ən yaxşı hücumçudur. Əsl çempion!"