"Onun kimisi 100 ildə bir gəlir" - Van Basten
Niderlandlı keçmiş futbolçu Marko Van Basten Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib.
Goal.az xəbər verir ki, sabiq hücumçu Messini daha üstün hesab edib:
"Ronaldo möhtəşəm oyunçudur, ancaq onun Messidən yaxşı olduğunu deyənlər futboldan başı çıxmayanlardır, ya da etiraf edə bilmirlər.
Messi bənzərsiz futbolçudur. Onun kimisi 100 ildə bir gəlir". (futbolpress)