"Bu klubu həmişə bəyənmişəm" - Mane
Liverpool-dan Bayern Münich-ə transfer olan Sadio Mane ilk açıqlamasını verib.
Goal.az xəbər verir ki, Münhen klubunun mətbuat xidmətinə danışan seneqallı forvard keçidini belə şərh edib:
"Beynəlxalq səviyyədə Bayern ilə çox şeyə nail olmaq istəyirəm. Salzburg-da olduğum müddətdə Bayern-nin bir çox matçlarını izləmişəm. Bu klubu həmişə bəyənmişəm".
Qeyd edək ki, Bundesliqa təmsilçisi 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.