10/07/2022
16:20
6488
| A A A
Klopp: "Bunun olacağını bilirdim"

Liverpool-un baş məşqçisi Yurgen Klopp hücumçu Məhəmməd Salahın klubla yeni müqavilə imzalamasına münasibət biildirib.

Goal.az xəbər verir ki, “qırmızılar”ın mətbuat xidmətinə danışan alman mütəxəssis bunları deyib:

“Bunun olacağını bilirdim. Əmin idim ki, Salah Liverpool-da qalmaq istəyir. İndi o, çox xoşbəxtdir. Biz də eləyik. Çünki dünya səviyyəli oyunçu bizi seçdi”.

Salah Liverpool-la sözləşməsini 2025-ci ilin yayına qədər artırıb. (futbolpress)