30/09/2022
10:47
848
| A A A
Xayme Romero: "Tezliklə Qarabağ-dakı formamı bərpa edəcəyəm"

"Tezliklə Qarabağ-dakı formamı bərpa edəcəyəm".

Goal.az xəbər verir ki, bunu Qarabağ-ın sabiq futbolçusu Xayme Romero İspaniyanın Kartaxena komandasına keçidi barədə AS nəşrinə açıqlamasında deyib.

Sequnda təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayan 32 yaşlı hücumameylli yarımmüdafiəçi qısa zamanda komanda yoldaşları ilə eyni səviyyədə olacağını bildirib: "Yay ərzində çox çalışdım və öz qabiliyyətlərimə arxayınam. Komandada rəqabət çox yüksəkdir. Bu heyətlə istənilən məqsəd üçün mübarizə aparmaq olar".

İspaniyalı vinger uzunmüddətli zədədən qayıtmasına baxmayaraq, ona etimad göstərən məşqçilər heyətinə təşəkkür edib: "Mənim kimi ciddi zədəsi olan oyunçuya etibar etmək asan deyil. "Albasete" risk etmək istəmədi və mən bunu anlayışla qarşıladım. Hazırkı komandama isə mənə dəstək olduğu üçün minnətdaram".

Qeyd edək ki, Xayme Romero 2019 - 2022-ci illərdə Qarabağ-ın formasını geyinib. (report)