02/10/2022
14:22
1735
| A A A
"Buna yol vermək olmaz" - Xavi

Barcelona-nın baş məşqçisi Xavi La Liqanın VII turunda Mallorca-ya qarşı keçirdikləri oyunu şərh edib.

Goal.az xəbər verir ki, ispan mütəxəssis 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

"Qarşılaşma bizim üçün çətin oldu. Beynəlxalq fasilədən sonra vacib 3 xal qazandıq. İkinci qolu vurmasan, belə oyunlar çətinləşir. Səbr və sakitlik nümayiş etdirdik.

Mallorca kimi komandalara qarşı hücum etmək hər zaman çətin oldu. Boşluq vermirlər. İlk hissədə yaxşı oynadıq. Fasilədən sonra isə daha rahat idik. Buna yol vermək olmaz. İkinci qolu vurub, daha rahatlamalı idik". (futbolpress)