03/10/2022
18:36
2288
| A A A
"Darvinə qarşı səbirli olmalıyıq" - Klopp

Liverpool-un çalışdırıcısı Yürgen Klopp komandanın yeni hücumçusu Darvin Nunyesin gözlənilən kimi oynamaması ilə bağlı fikirlərə münasibət bildirib.

Goal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis bunları deyib:

“Darvinə qarşı səbirli olmalıyıq. O, hələ komandaya uyğunlaşır. Bizim vəziyyətimizdə onun narahat olmaması çox vacibdir. Yeni oyunçuların tam adaptasiya olması zaman tələb edir".