05/10/2022
13:50
2031
| A A A
“Chelsea yüksək səviyyəli rəqibdir” – Pioli

Milan-ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda Chelsea ilə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Goal.az xəbər verir ki, o, Chelsea-nin yüksək səviyyəli rəqib olduğunu deyib:

“Bu, hücum futbolu oynayan, üstünlük təşkil etməyə çalışan iki komandanın matçıdır. Chelsea yüksək səviyyəli rəqibdir, ona görə də əlbəttə ki, çətin oyun gözləyirəm”.

Chelsea - Milan matçı bu gün keçiriləcək.