"Bir hücumçu ilə müqavilə imzalamalıyıq" - Xavi
Barcelona-nın baş məşqçisi Xavi komandanın hücumçusu Memfis Depayın Atletico-ya keçidinə münasibət bildirib.
Goal.az mütəxəssisin verdiyi açıqlamanı təqdim edir: “Komandamızın transferləri olub-olmayacağını bilmirəm. Amma Depay gedəndən sonra düşünürəm ki, bir hücumçu ilə müqavilə imzalamalıyıq. Bunun reallaşıb-reallaşmayacağını görəcəyik. Əminəm ki, hər şey yaxşı olacaq".