01/09/2019
15:04
1864
| A A A
"Sheffield United çətin rəqibdir" - Lempard

İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində Sheffield United-lə 2:2 hesablı bərabərliyə razılaşan Chelsea-nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Goal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis, matçın çətin keçdiyini deyib:

“Nəticə birbaşa müdafiəmizlə bağlı deyil. Buraxılmış qollar həm hücumda, həm də müdafiədə səhvlərin nəticəsidir. Qarşılaşmada üstünlüyü əldə etdikdən sonra oyundan qopduq. Sheffield United çətin rəqibdir. Bizim hesabı 2:0 etməyimiz nəticəni həll etmədi. Təəssüf ki, qolları çox tez buraxdıq. Bu hesabı fərdi səhvlərin nəticəsi deyil, komandanın uğursuzluğu kimi qəbul etməliyik. Üstəlik, komandamızın gənc olmasının da bu nəticəyə dəxli yoxdur”.