08/09/2019
15:24
808
| A A A
“Azərbaycanı Xorvatiya ilə müqayisə etmək ağılsızlıq olar” – Yurçeviç

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç açıqlama verib.

Goal.az xəbər verir ki, Xorvatiya mətbuatına danışan Yurçeviç, əvvəlcə Uelsə 1:2 hesabıyla məğlub olduqları oyunla bağlı fikirlərini bildirib:

“Uelslə görüşdə Xorvatiyaya 1:2 hesabıyla məğlub olduğumuz oyundakından daha yaxşı çıxış etdik. İndi komandada yorğunluq var. Ancaq Xorvatiya ilə oyuna qədər hazır olacağıq.

Slovakiya – Xorvatiya oyununa (0:4) baxmaq imkanım olmayıb. Amma bəzi fikirlər oxumuşam. Xorvatların yenidən güclənməsinə sevinirəm. Özümüzü aldatmayaq. Bu gün Azərbaycanı Xorvatiya ilə müqayisə etmək ağılsızlıq olar. Çünki səviyyə fərqi göz qabağındadır. Çətin qrupda hər oyun bizim üçün özümüzü göstərmək imkanıdır. Sabahkı qarşılaşmaya da bu cür köklənmişik. Düzdür, qrupdakı bütün oyunlarda uduzmuşuq. Amma bəzilərində rəqiblərimizə çətinlik yaşada, yaxşı oynaya bilmişik. Ümid edirəm ki, Xorvatiya üçün də ciddi rəqib olacağıq. Bizdə mübarizə və motivasiya çatışmır”.

Sabah, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 20:00-da başlayacaq.(komanda.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33808 səs