17/09/2019
11:23
3123
| A A A
"Çempionlar Liqası hər il çətin olur" - Messi

Barcelona-nın kapitanı Lionel Messi Çempionlar Liqası haqda açıqlama verib.

Çempionlar Liqasındaki rəqiblər haqda

"Çempionlar Liqası hər il çətin olur. Hərdən qalib gəlmək çox çətin olur. Turnirdə hər il güclü klubların iştirak etməsi onu xüsusi edir.

Qrupumuzda Borussia Dortmund-la heçvaxt qarşılaşmamışam. Onların stadionunu televizorda görəndə xoşuma gəlmişdi. Həmçinin, azarkeşlərini bəyənirəm.

Bizim yaxşı tanıdığımız İnter ilə keçən ildə də bir qrupda idik. Yaxşı heyətə malikdilər. Fikrimcə qrupumuzda maraqlı oyunlar çox olacaq".

Barcelona haqda

"Barcelona-ya gənc yaşlarımdan gəldiyimdən digər klublar haqda heçnə bilmirəm. 

Barcelona xüsusi klubdur və buranın özünəməxsus fəlsəfəsi var. Buranın işçiləri klub üçün ən yaxşılarını etdiyinə görə Barcelona bu səviyyəyə çatıb".

Frenki de Yonq haqda

"Frenki ötən mövsüm yaxşı mövsüm keçirdi. Onun parlamasının əsas səbəbi Çempionlar Liqasında top klublara qarşı keçirdiyi oyunlar oldu. O, ağıllı və istəklidir. Onun gəldiyi məkanda Barcelona-ya yaxın fəlsəfə olduğundan onun buraya öyrəşməsi çətin olmayacaq".

Liverpool-a cərimə zərbəsindən vurulan qol haqda

"Hər cərimə zərbəsi kimi burada da qol vurmağı istəyirdim. Düzdür, məsafə biraz uzaq idi, lakin mən bunu bacardım".