28/09/2019
23:24
1309
| A A A
“Neftçi layiqli qələbə qazandı" - Elmar Baxşıyev

Oyunun çətin keçəcəyini təxmin edirdik. “Neftçi” heyətinə görə yaxşı balanslaşmış komandadır. Rasim Ramaldanovun birinci hissədə zədələnməsindən sonra müdafiədə boşluqlar verdik. Rəqib də bundan maksimum istifadə etdi. Bunu ustalıq səviyyəsi ilə izah edərdim. “Neftçi” hər mövqedə, hər komponentdə bizdən üstün görünür. Gənc komandayıq. Artırmaq üçün potensialımız var. Komandaya inanırıq. Gənc futbolçularımız matçdan-matça daha yaxşı oyun göstərəcəklər".

Goal.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin çalışdırıcısı Elmar Baxşıyev Azrbaycan Premyer Liqasının 6-cı turunda "Neftçi" ilə ev oyunundan (0:3) sonra deyib.

"Biz də istəyərdik ki, doğma meydanımızda azarkeşlərimizi sevindirək. Lakin istəyimiz alınmadı. “Neftçi” layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm. Komandanı görüşə hazırlayarkən müdafiədən oynamaq barədə düşünmürdük. Amma rəqibin ustalığı daha üstün olduğundan bizi müdafiədə oturmağa məcbur etdi. Rasim Ramaldanovun dizi şişib, indi nə isə demək çətindir. O, üç gündən sonra müayinə olunacaq” - deə o bildirib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37007 səs