01/10/2019
12:58
936
| A A A
"Bu oyunda daha çox şeylər edə bilərdik"

Manchester United-in baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində Arsenal-la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, norveçli mütəxəssis, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Bir çox oyunda 2-ci qolu vura bilmirik və xal itiririk. Öyrənəcəyimiz çox şey var. Daha çox çalışacağıq. Təcrübəmiz artdıqca, meydanda daha düzgün qərarlar verəcəyik.

Oyunun sonlarında qol vura bilərdik. Çox oyunçuyla rəqibin cərimə meydançasında idik. Bu oyunda daha çox şeylər edə bilərdik. Nəticə çıxarmalıyıq”.

Qeyd edək ki, Manchester United hazırda 9 xalla 10-cu pillədə qərarlaşıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37007 səs