06/10/2019
10:16
1159
| A A A
"Qarabağ mənim üçün darıxır" - Gerye

Neftçi-nin futbolçusu Donald Gerye Premyer Liqanın VII turunda Səbail-i məğlub etdikləri (2:1) oyundan sonra brifinq keçirib.

Goal.az xəbər verir ki, cinah müdafiəçisi öncə bunları söyləyib: "Formaya düşməyin yeganə yolu çox çalışmaqdır. Bunu son müsahibəmdə də demişdim. Çox çalışdıq və bu gün nəticəni gördünüz".

- Komandanın oyunundan razı qaldınız?

- Təbii ki, biz qalib gəldik. Narazı ola bilmərəm. Əgər heç-heçə etmiş olsaydıq, xoşbəxt olmazdıq. Qələbə qazandıq və buna görə meydana çıxmışdıq.

- Komandaya uyğuğlaşmaqda probleminiz yoxdur? Qarabağ üçün darıxmırsınız?

- Məncə, “Qarabağ” mənim üçün darıxır (gülür).

- “Qarabağ”ın oyunlarını izləyirsiniz?

- Əlbəttə. Mən bu klubda oynamışam. Avropadakı oyunlarını izləyirəm.

- “Neftçi” qol buraxdıqdan sonra müdafiədə oturdu. Bu komandanın öz meydanında müdafiəyə çəkilməsi nə deməkdir?

- Mən deməzdim ki, qorxurduq. Biz də insanıq, yorula bilərik. Sona qədər vuruşduq, layiqli qələbə qazandıq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37007 səs