06/10/2019
16:15
1543
| A A A
"Hər oyunda qalib gəlmək istəyirik" - Klopp

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində Leicester-ə 2:1 hesabıyla qalib gələn Liverpool-un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Goal.az xəbər verir ki, alman mütəxəssis, oyunun çətin keçdiyini bildirib:

“Mövsümün gedişatında hər bir komanda biləcək ki, Leicester-ə qarşı oyunda bir xal qazanmaq heyətin 95 faizi üçün uğurlu nəticədir. İlk hissədə rəqibi təzyiq altında saxladıq. Rəqibin ən böyük gücü əks-hücumlarıdır. Qol buraxdıqdan sonra da epizodlarımız oldu. Daha sonra isə penalti qazandıq və hesabı artırdıq. Penalti zamanı sakit qalmağı bacaran futbolçuya ehtiyacınız varsa, şübhəsiz ki, bu, Ceyms Milnerdir.

Oyunda qalib gələcəyimizə əmin deyildim, amma məğlub olacağımızı da hiss etmirdik. Leicester-ə qarşı oyunda bir xal qazanmaq faciə deyil. Biz sadəcə hər oyunda qalib gəlmək istəyirik. Ardıcıl 8 oyunda qalib gəlmək asan olsaydı, bunu başqa komandalar da bacarardı”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37007 səs