26/10/2019
17:20
992
| A A A
“Mərhəmətsiz olmağı da öyrənirlər” - Rocers

Leicester City-nin baş məşqçisi Brendan Rocers İngiltərə Premyer Liqasının 10-cu turunda Southampton-u məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, Rocers, 9:0 hesabıyla bitən görüşü belə şərh edib:

“Fasilədə oyunçularıma eyni tempdə davam etmələrini dedim. Southampton üçün çətin anlar idi, ancaq biz də işimizi görməliyik. Bu, oyuna hörmətsizlik etdiyimiz anlamına gəlmir.

Oyunçularım 2-ci hissəyə hesab 0:0 imiş kimi çıxacaqlarını dedilər. Həqiqətən, istedadlı oyunçularım var və mərhəmətsiz olmağı da öyrənirlər. Çalışmağa davam etməli və daha yaxşı olmalıyıq”.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
502 səs