27/10/2019
10:15
648
| A A A
"Növbəti mərhələ üçün heyətdə dəyişiklik etmək istəyirik"

"Komandadan tam razı qaldım. İstədiyim oyunu sərgilədilər. Bu matç əvvəlki görüşlərə bənzəmirdi. Birinci yarıda qol epizodları yaratdıq, amma vura bilmədik. Fasilədə oyunçulara dedim ki, qol vura biləcəyik. Rəqibin təhlükəli epizodları az oldu. Bəziləri düşünürdü ki, bizim komanda yaxşı çıxış etmir. Bunun düz fikir olmadığını göstərdik".

Goal.az xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən 3-cü qrupunun III turunda Slovakiyaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Braziliyalı mütəxəssis elit-raunddakı şanslardan və heyətdəki çatışmazlıqlardan da söz açıb: "Məşqçi olaraq mən qol vurmuram. Cüssəli qapıçı olanda oyunçuya deyirəm ki, zərbəni yerlə vur. Növbəti mərhələ üçün heyətdə dəyişiklik etmək istəyirik. Amma zədəli futzalçılar da var. Arzu edirəm ki, onlar da kollektivə qoşulacaqlar".

Məşqçi növbəti mərhələdə güclü komandaların olduğunu sözlərinə əlavə edib: "Seçmə mərhələni ikinci pillədə bitirən kollektivlər də asan rəqiblər deyil. Heç kim istəməz ki, Portuqaliya bizim qrupa düşsün. Onlar çox çətin rəqibdir".

Yığmanın kapitanı Rizvan Fərzəliyev bu matça final oyunu kimi hazırlaşdıqlarını vurğulayıb: "Qrupda birinci yeri tutmaq istəyirdik. İlk hissədə istədiyimizi yerinə yetirə bilmədik. İkinci yarıda isə buna nail olduq. Məşqçinin dediklərini yerinə yetirdik. Gec də olsa, sonda qələbəni əldə qazandıq. Azarkeşlərə də təşəkkürümü bildirirəm.

O, azərbaycanlı oyunçuların çıxışından da bəhs edib: "Bizim futzal məktəbimiz yoxdur. Elə yaşda gəlirlər ki, bir az gec olur. 20-25 yaşında o, peşəkar olmalıdır. Bu gün bizdə yerli oyunçularımız pis oynamadı. Özlərini yaxşı tərəfdən göstərdi. Düşünürəm ki, məşqçi növbəti mərhələdə də onlardan yararlanacaq".(report)

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
502 səs