27/10/2019
21:07
879
| A A A
"İnkişafımız göz önündədir" - Roberto Bordin

"Futbolçularımı gözəl oyun və qələbə münasibətilə təbrik edirəm. Qapımızda penalti görüb hesabda geri düşməyimizə baxmayaraq, komanda buna vaxtında və düzgün reaksiya verdi. Oyuna nəzarəti sonadək əlimizdə saxlayıb layiqli qələbə qazandıq”.

Goal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 9-cu turunda səfərdə "Sumqayıt"a qalib gəldikləri oyundan (4:2) sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandasının inkişafda olduğunu bildirib: "Dörd oyundur qələbə qazanırıq. Bu, futbolçularımın çəkdiyi əziyyətin bəhrəsidir. Biz məşqçi heyəti olaraq kömək əlimizi uzadırıq, tapşırıqları yerinə yetirən isə futbolçulardır. Oyundan oyuna daha da artırırıq. Bu, göz önündədir”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39279 səs