06/11/2019
17:50
1664
| A A A
“Real Madrid-lə oynamaq asan deyil, amma…” – Fatih Terim

Galatasaray-ın baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Real”a qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

Goal.az xəbər verir ki, mütəxəssis, rəqibdən çəkinməyərək oynamağın vacib olduğunu bildirib:

“Bu oyunda məğlub olacağımız halda, Çempionlar Liqasına deyil, Avropa Liqasına diqqət etməli olacağıq. Turnir cədvəli bunu tələb edir. Real-ın meydana çıxaracağı 11 nəfərdən başqa, ən azı onlar qədər güclü daha 11 futbolçusu var.

Bəlkə də, Galatasaray qol vura bilmədiyi üçün tənqid olunur. Bir dəqiqə yarım içərisində əldə etdiyimiz üç qol şansından birini dəyərləndirsəydik, indi vəziyyət başqa cür ola bilərdi. Təəssüflənirik, qol vurmağımız lazımdır. Real-la oynamaq asan deyil, amma biz dünyanın hər yerində, hər komandaya qarşı oynamışıq. Qorxmadan oynamalıyıq, məğlubiyyətə cavabdeh bizik. Futbolçularımın qorxusuz olmalarını istəyirəm”.

Real Madrid – Galatasaray oyunu bu gün, saat 00:00-da başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs