17/02/2020
10:00
2205
| A A A
“Burada vuracağım hər qolu ona həsr edəcəm"

Manchester United-in yeni transferi Odion İqalo keçidi ilə bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, 30 yaşlı hücumçu "qırmızı şeytanlar”a bacısına görə transfer olunduğunu bildirib:

“Bacım Manchester United-in azarkeşi idi. Hamımız bu klubun oyunlarınızı izləyərək böyümüşük və onları dəstəkləmişik.

Marinin həyat yoldaşı Chelsea azarkeşi idi, övladları isə Liverpool və Manchester City-ni dəstəkləyirdi. Amma Mari həmişə Manchester United-ə sadiq qaldı. O, hər zaman bu komandada oynamağımı istəyirdi.

Watford-dan ayrılanda, sevdiyi klubun məni transfer edəcəyinə ümid edirdi. Bacımın bu arzusunu o, dünyadan köçdükdən sonra gerçəkləşdirmək mənim üçün ağırdır. Burda vuracağım hər qolu ona həsr edəcəm”.