“Mən iddialı oyunçuyam və Ronaldonun fanatıyam”
"Mən Ronaldonun fanatıyam. O, daim izlədiyim oyunçudur".
Goal.az xəbər verir ki, bu sözləri Manchester United-in portuqaliyalı futbolçusu Bruno Fernandeş deyib.
O, "qırmızı şeytanlar"ın sabiq oyunçusu və hazırda Juventus-da çıxış edən həmyerlisi Kriştiano Ronaldonun azarkeşi olduğunu bildirib:
"Ronaldo karyerasının əhəmiyyətli hissəsini bu klubda keçirdi. O, böyük uğurlar qazandı. Buna görə mən də Manchester United-də oynamaq arzusunda oldum.
Burada olduğum üçün çox xoşbəxtəm. Çünki uşaqlıq arzum gerçəkləşdi. Düşünürəm ki, Manchester United də çıxış edən istənilən futbolçu hər şeyi qazanmaq istəyir.
Komandanın iştirak etdiyi bütün turnirlərdə qalib gəlmək istəyirəm. Mən iddialı bir oyunçuyam".