Türkiyə Super Liqasının 23-cü turunda səfərdə Fenerbahçe-nı məğlub edən Galatasaray-ın baş məşqçisi Fatih Terim oyundan sonra fikirlərini bildirib.
Goal.az xəbər verir ki, Terim, 3:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Ötən il də, daha əvvəlki illərdə də demişdim, statistikanın mənim üçün önəmi yoxdur. Çempion olmayacağıqsa, burda qələbə qazanmağın əhəmiyyəti yoxdur. Buna baxmayaraq, bütün Galatasaray-lılar çox sevindi. Bu qələbəni onlara həsr edirəm.
Üç xala layiq idik. Oyunun hər anını yaxşı keçirdik. İlk 20 dəqiqədə oyunu buraxa bilərdik. Topu özümüzdə saxladıq. Fenerbahçe-nın bizdən topu almasına icazə vermədik, onlara mane olduq. Bir derbidə ola biləcək ən çox qol imkanına sahib olduq. Futbolçularımı təbrik edirəm, xeyirli olsun”.