Bu gün Çempionlar Liqasının 1/8 finalında Real Madrid-lə Manchester City qarşılaşacaq.
Goal.az xəbər verir ki, Madriddə keçiriləcək ilk qarşılaşmadan əvvəl Real-ın baş məşqçisi Zinəddin Zidan Manchester City-nin çalışdırıcısı Xosep Qvardiola barədə danışıb. O, Pepi dünyanın ən yaxşı məşqçisi adlandırıb:
“O, dünyanın ən yaxşısı olduğunu həmişə sübut edib. Əvvəlcə Barcelona-da, sonra Bayern-da, indi isə Manchester City-də. Kimsə başqa cür düşünə bilər. Amma mənə görə, dünyanın ən yaxşı məşqçisi Qvardioladır.
Onun etdiklərindən həmişə ilham alırıq. Bu amil bizi motivasiya edir. Ona görə də Qvardiolanın komandalarına qarşı oynamaqdan qorxmuruq.
Bu haqda danışmışam, o, Bayern-da olanda biz bir neçə gün bir yerdə olduq. Məşqlər barədə söhbət etdik, onun komandanı necə idarə etməsini müşahidə etdim. O, dürüst və açıq insan idi. Onunla söhbət zamanı çox şey öyrəndim”.