"Səfərdə mərhələni keçmək üçün mübarizə aparmalıyıq"
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Barcelona ilə 1:1 hesablı heç-heçəyə razılaşan Napoli-nin baş məşqçisi Cennaro Qattuzo açıqlama verib.
Goal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis, oyunla bağlı bunları bildirib:
“Bu oyunda demək olar ki, Barcelona-ya fürsət yaratmağa imkan vermədik. Bu səviyyədəki komandalara qarşı səhv edə bilməzsiniz. Komandanın ümumi oyunundan razıyam. Futbolçuların xarakter göstərmələrini bəyəndim. İkinci qolu da vura bilərdik. Səfərdə mərhələni keçmək üçün mübarizə aparmalıyıq. Napoli-nin yaxşı futbolçuları çoxdur. Barcelona daha çox şeyə sahibdir, amma səfərdə şansımız ola bilər”.