02/03/2020
16:48
13221
| A A A
"Real Madrid-i qələbə münasibətiylə təbrik etməliyik"

Barvelona-nın baş məşqçisi Kike Setyen İspaniya La Liqasının 26-cı turunda Real Madrid-ə məğlub olduqları matçdan sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, Setyen, 0:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Düşünürəm ki, Barcelona ilk, Real Madrid isə ikinci hissəni yaxşı keçirdi. İkinci hissədə ötürmələrdə səhvlər etməyə başladıq. Real-ı qələbə münasibətiylə təbrik etməliyik.

Lionel Messi çox vacib oyunçudur. Ancaq bir futbolçu ilə oynamamalıyıq. Bu gün Messi təkbaşına oyunun nəticəsini dəyişə bilmədi. Bu məğlubiyyətin əhəmiyyəti yoxdur. Real bizi bir xal qabaqlayır və hər şey ola bilər”.

GÜNÜN ƏN ÇOX OXUNANLARI