08/03/2020
11:05
1811
| A A A
"Bəzən deyirlər ki, yaşlanıb və karyerasını bitirmək istəyir"

Azərbaycanın karate millisinin lideri Rafael Ağayev “Baku Open” turnirinin açılışında fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, 35 yaşlı idmançı Olimpiya oyunlarında qızıl medal qazanmaq istədiyini deyib:

“Tokio-2020-də karate idman növü ilk dəfə təmsil olunacaq. Bu yaşıma kimi bütün titullara sahib olmuşam. İndi əsas hədəfim olimpiya oyunlarında qızıl medal qazanmaqdır. Bu, ən böyük arzumdur. 28 ildir ki, karate ilə məşğulam. Bu idman növünü seçdiyim üçün sevinirəm. Hazırda yaxşı formadayam.

Bəzən deyirlər ki, Rafael yaşlanıb və karyerasını bitirmək istəyir. Belə fikirlər səsləndirənlər məni ruhdan salmır, daha da gücləndirir. Karyeramı bitirməyim Tokioda qazanacağım medalın əyarından asılı olacaq. Olimpiadaya qızıl qazanmaq üçün yollanacam.

Avropa çempionatında çıxış etmək fikrindəyəm. Martın 25-i mübarizəyə başlayacam. Doğma arenada sevimli azarkeşlərdən dəstək gözləyəcəm. Xalqımızın mənə sevgisi və dəstəyi olmasaydı, bu qədər yüksək nəticələr qazana bilməzdim”.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9104 səs