30/08/2022
17:42
2864
| A A A
XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilər bəlli olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ilk 10 illiyində ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb.

Goal.az xəbər verir ki, siyahıya Yaponiya millisinin sabiq oyunçusu Markus Tanaka başçılıq edir.

41 yaşlı veteran futbolçu 58 qola imza atıb.

Belçikalı Daniel van Büten 57 qolla ikinci pillədə qərarlaşıb. Norveçli Yon Arne Riise və braziliyalı Roberto Karlos 55 qolla 3-4-cü yerləri bölüşdürür. (report)