05/05/2021
19:36
1998
| A A A
Avropa Liqasına hakim təyinatları bilindi

Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək Roma (İtaliya) – Manchester United və Arsenal (İngiltərə) – Villarreal (İspaniya) matçlarının təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, İtaliyada keçiriləcək Roma – Manchester United matçını Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Feliks Brix olacaq. Ona yan xətt hakimləri Mark Borş və Ştefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını Feliks Zvayer yerinə yetirəcək. VAR hakimi Marko Frits və Saşa Stegemann olacaq.

İngiltərədə keçiriləcək Arsenal – Villarreal matçını Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Slavko Vinçiç olacaq. Ona yan xətt hakimləri Tomaj Klaçnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Matey Yoq yerinə yetirəcək. VAR hakimi Bastian Dankert və Pavel Gil (hər ikisi Polşa) olacaq.

Hər iki matç sabah saat 23:00-da keçiriləcək. Komandalar arasında baş tutan ilk oyunlarda Manchester United 6:2, Villarreal isə 2:1 hesablı qələbə qazanıb.