06/05/2021
15:27
2681
| A A A
Barcelona-da Fati şoku

Barcelona-nın zədəli futbolçusu Ansu Fati yenidən əməliyyat olunacaq.

Goal.az xəbər verir ki, 18 yaşlı hücumçu gələn həftə əməliyyat olunacaq. Ötən ilin noyabrında zədələnən Fatinin payıza qədər yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. İspan futbolçu bundan əvvəl bir dəfə də əməliyyat edilmişdi.

Bu mövsüm Barcelona-da 10 oyuna çıxan Ansu 10 qola, 5 məhsuldar ötürməyə imza atıb.