06/05/2021
20:31
1780
| A A A
Napoli Qattuzonun əvəzləyicisini tapdı

Luçano Spalletti Napoli-nin baş məşqçisi olacaq.

Goal.az xəbər verir ki, klubun prezidenti Aurelio De Laurentis komandanı 62 yaşlı mütəxəssisə tapşırmağı düşünür.

Neapol təmsilçisi Çempionlar Liqasına vəsiqə qazansa belə, Spalletti hazırkı baş məşqçi Cennaro Qattuzonu əvəzləyəcək. Onun illik maaşı 3 milyon avro olacaq.

Qeyd edək ki, Luçano Spalletti son olaraq 2017 - 2019-cu ildə İnter-ə rəhbərlik edib.