06/06/2020
17:53
1131
| A A A
“Əgər məni yenə təhqir etsələr..."

“Əgər məni yenə təhqir etsələr, bu haqda hakimə məlumat verəcəm. Əgər onlar lazımi ölçü götürməsələr, meydanı tərk edəcəm”.

Goal.az xəbər verir ki, bu sözləri Manchester United-in hücumçusu Odion İqalo deyib.

Nigeriyalı hücumçu bildirib ki, o, Çində bir matçda irqçi təhqirə məruz qalıb: “Oyundan sonra heç kimlə əl tutub görüşmədən paltardəyişmə otağına getdim.

Hirsli idim və hadisə haqda dərhal İngiltərə Futbol Assosiasiyasına məlumat verdim. Heç kim irqçiliklə barışmamalıdır. Dərimizin rənginə baxmayaraq, hamımız bərabərik, eyni dünyada və eyni həyatı yaşayırıq”. (sportinfo)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8888 səs