05/06/2020
19:51
527
| A A A
Karantin qaydalarını pozan futbolçular cərimələndi

Almaniya Futbol Liqası (DFL) Dortmund "Borussiya"sının futbolçuları - Ceydon Sanço və Manuel Akancini cərimələyib.

Goal.az xəbər verir ki, buna onların karantin rejiminin qaydalarını pozması səbəb olub.

Evə bərbər çağıran oyunçular daha sonra onlarla çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar. Bu zaman hər iki futbolçunun maskasız olduğu üzə çıxıb. Nəticədə DFL-in İntizam Komitəsi Sanço ilə Akancini cərimələyib. Cərimənin məbləği açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl "Bild" nəşri "Borussiya"nın 6 futbolçusunun karantin qaydalarını pozduğunu yazmışdı. (report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8581 səs