14/05/2021
13:57
2043
| A A A
Manchester United-in keçmiş kapitanı karyerasını bitirdi

Ekvador milli komandasının və Manchester United-in keçmiş kapitanı Antonio Valensiya karyerasını bitirib.

Goal.az xəbər verir ki, bu barədə cinah oyunçusunun son ünvanı olan Meksikanın Ceretaro klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Valensiyanın futbolçu karyerasını bitirdiyi qeyd olunub.

İspaniyada Villarreal, İngiltərədə Manchester United, Wigan kimi klublarda çıxış edən Valensiya, 2021-ci ilin yanvarından Ceretaro-da idi. 34 yaşlı futbolçu Ekvador yığmasında 98 oyunda 11 qol vurub.