06/06/2020
13:50
700
| A A A
Galatasaray-ın futbolçusu klubunu dəyişir

Galatasaray-ın yarımmüdafiəçisi Yunes Belhanda mövsüm sonu komandanı tərk edə bilər.

Goal.az xəbər verir ki, 30 yaşlı futbolçu Al Hilal-ın hədəfindədir.

Bildirilir ki, Səudiyyə Ərəbistan təmsilçisi Belhanda üçün İstanbul klubunun tələb etdiyi məbləği ödəməyə hazırdır. Bununla yanaşı, rəhbərlik mərakeşli yarımmüdafiəçiyə illik 3,35 milyon avro verəcəyini bildirib. Tərəflərin anlaşmaya yaxın olduğu vurğulanıb.

Qeyd edək ki, Belhanda 2017-ci ildən Galatasaray-da çıxış edir. Oyunçu bu müddət ərzində komandada 67 oyun keçirib və 11 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8591 səs