06/06/2020
14:51
1110
| A A A
Real Madrid müdafiəçisi ilə yeni müqavilə bağlayacaq

İcarə əsasında Borussia Dortmund-da çıxış edən Əşraf Hakimi mövsüm sonu müqavilə ilə məxsus olduğu Real Madrid-ə qayıdır.




Goal.az xəbər verir ki, mərakeşli futbolçu “kral klubu” ilə 2025-ci ilə qədər müqavilə imzalayacaq.

Oyunçunun Real Madrid-lə hazırkı sözləşmə müddəti 2021-ci ildə başa çatır. Borussia Hakimini komandada saxlamaq istəsə də, Madrid təmsilçisi onunla müqaviləni uzatmaq niyyətindədir. 22 yaşlı müdafiəçinin agenti bu yaxınlarda oyunçunun Real Madrid-də oynamaq istədiyini bildirib.

Qeyd edək ki, mərakeşli futbolçu cari mövsüm Dortmund klubunun heyətində 41 matçda çıxış edib və 9 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
9050 səs