06/06/2020
18:36
965
| A A A
"İki dəfə Juventus-dan ayrılmağa yaxın olmuşam" - Kyellini

"Juventus"un müdafiəçisi Corco Kyellini "Real"a və "Manchester City"yə baş tutmayan transferlərindən danışıb.

Goal.az xəbər verir ki, Kyellini 2010 və 2011-ci illərdə "Juventus"u tərk etmək barədə düşündüyünü bildirib:

"İki dəfə "Juventus"dan ayrılmağa yaxın olmuşam: 2010 və 2011-ci illərdə bu barədə düşünürdüm. İlk təklif "Real"dan idi, ikinci dəfə isə "Manchester City" məni istəyirdi.

İspan klubuna keçmək üzrə idim. Menecerim "Real"ın nümayəndəsi ilə danışmışdı. Lakin Mourinyu komandanın başına keçəndən sonra həmyerlisi Rikardu Karvalyunun transferini rəhbərlikdən istədi. "Juventus" məni heyətdə saxladığına görə sevinirdi. Bir il sonra Milanda "Manchester City"nin rəhbəri ilə görüşdüm. Amma bu səfər də alınmadı".(fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
9052 səs