İslamiada: Azərbaycanın həndbol yığması bu gün ilk oyununu keçirəcək
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında bu gün ilk matçını keçirəcək.
Goal.az xəbər verir ki, B qrupunda yer alan yığma Kamerun seçməsi ilə üz-üz gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, bu qrupda İran və Əfqanıstan kollektivləri də yer alıb.