21/10/2019
18:32
1555
| A A A
U-21 yığmamız Ukrayna ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukrayna ilə yoldaşlıq oyunu keçirəcək. 

Goal.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, Ukrayna ilə Azərbaycanın U-21-i noyabrda yoxlama görüşündə üz-üzə gələcək. Qarşılaşma gələn ayın 19-da Bakıda baş tutacaq.

Qeyd edək ki, Azərbaycanın gənclər yığması buna qədər AVRO-2021-in seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Lixtenşteynlə üz-üzə gələcək. Ukraynalılar isə bundan bir gün sonra Danimarkanı qəbul edəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40054 səs