20/07/2019
12:58
2112
| A A A
UEFA-dan Fenerbahçe-yə cərimə

UEFA Fenerbahçe ilə bağlı yeni qərarını açıqlayıb.

Goal.az xəbər verir ki, qitə futbol qurumu İstanbul təmsilçisini 2 milyon avro cərimə edib.

Bundan başqa, sözügedən klub avrokuboklara qatılacağı təqdirdə, heyətinə yalnız 23 futbolçu daxil edə biləcək.

UEFA Fenerbahçe-nın qarşısında müəyyən şərtlər də qoyub. Belə ki, klub bu ilin oktyabr ayının 15-nə qədər mövcud borcunu yüngülləşdirə bilsə, 2 milyon avroluq cərimənin məbləği 1 milyona endiriləcək.