16/08/2019
13:35
1014
| A A A
Super Liqada yeni mövsüm başlayır
Bu gün Türkiyə Super Liqasında 2019/20 mövsümünə start veriləcək.
Goal.az xəbər verir ki, ilk turun oyunları 4 günü əhatə edəcək. Açılış oyununda bu gün son çempion Galatasaray debütant Denizlispor-un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.
Sabah 3 qarşılaşma baş tutacaq. Genclerbirliyi Rizəspor-u (Bakı vaxtı ilə saat 20.15), Kayserispor Alanyaspor-u, Sivasspor Beşiktaş-ı (hər ikisi 22.45) qəbul edəcək.
Bazar günü daha 4 oyun keçiriləcək. Göztepe Antalyaspor-u, Konyaspor Ankaragücü-nü (hər ikisi 20.15), Kasımpaşa Trabzonspor-u, Yeni Malatyaspor Başakşehir-i (hər ikisi 22.45) evdə sınağa çəkəcək.
Tura bazar ertəsi saat 21.00-da başlayacaq Fenerbahçe - Qazişehir görüşü ilə yekun vurulacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33945 səs