04/09/2019
16:45
948
| A A A
Ankaragücü-nün yeni baş məşqçisi müəyyənləşdi

Ankaragücü klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi Mətin Diyadinə tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Eskişehirspor, Rizespor, Trabzonspor, Orduspor, Kasımpaşa, Genclerbirliği kimi klubları çalışdırmış Diyadin, son olaraq Göztepe-nin baş məşqçisi olub. O, 2014-cü ildən işsiz idi.

Xatırladaq ki, Ankaragücü-nü son olaraq Mustafa Kaplan çalışdırırdı. Lakin o, iyun ayında istefa vermişdi. Həmin dövrdən bəri Ankara təmsilçisində baş məşqçi vəzifəsini müvəqqəti olaraq klubun idman direktoru Adnan Erkan yerinə yetirirdi. Komanda yeni mövsümə də onun rəhbərliyi altında hazırlaşıb. Super Liqanın geridə qalan 3 turunda onun çalışdırdığı kollektiv 1 qələbə, 2 heç-heçə sayəsində 5 xalla 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33943 səs