01/11/2019
12:54
1332
| A A A
Fenerbahçe-də ağır itki

Fenerbahçe-nın futbolçusu Adil Rami zədələnib

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Fransalı müdafiəçi Türkiyə kubokunun 4-cü mərhələsində səfərdə Tarsus İdman Yurdu ilə oyunun (1:3) 61-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi. Tibbi müayinədən keçən 33 yaşlı futbolçunun qasıq əzələsində yırtıq aşkarlanıb. Müalicəsinə start verilən Adilin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü bu yay transfer pəncərəsində Marseillle-dən ayrılaraq “sarı-lacivərtli” kluba keçib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12698 səs