12/11/2019
16:37
1792
| A A A
Ankaragücü-nün yeni baş məşqçisi seçildi

Türkiyə Superliqa təmsilçisi Ankaragücü-nün yeni baş məşqçisi müəyyənləşib.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Genclerbirliği-dən ayrılan Mustafa Kaplan təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Ankaragücü baş məşqçisi Metin Diyadini komandanın uğursuz çıxışı səbəbindən dünən istefaya göndərmişdi.

Xatırladaq ki, M.Kaplan ötən mövsüm Ankaragücü-nü çalışdırıb.