12/11/2019
21:51
1956
| A A A
Fenerbahçe-də ciddi itki

Fenerbahçe-nın futbolçusu Vedat Muriqi sıradan çıxıb.

Goal.az xəbər verir ki, 25 yaşlı hücumçu Superliqanın 11-ci turunda Kasımpaşa ilə matçda ayaq biləyindən zədələndiyi üçün Kosovo yığmasının heyətində AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiya və İngiltərə ilə görüşlərdə iştirak edə bilməyəcək.

Heyətdən çıxarılan forvardın nə vaxt yaşıl meydanlara dönəcəyi haqda məlumat verilməyib.

Qeyd edək ki, Muriqi yığmada çıxdığı 23 oyunda 8 qol vurub.