15/11/2019
15:17
2707
| A A A
Arda Turanla bağlı qərar verildi

Başakşehir müqaviləsi cari mövsümün sonunda bitəcək Arda Turanla bağlı qərarını verib.

Goal.az xəbər verir ki, klub rəhbərliyi göstərdiyi oyuna görə tənqid olunan 32 yaşlı futbolçuyla yeni müqavilə imzalamamaq qərarı alıb.

Buna səbəb Barcelona-dan icarə əsasında heyətə qatılan futbolçunun yüksək məvacib qarşılığında istənilən oyunu göstərə bilməməsidir. Qış fasiləsində uyğun təklif gələcəyi halda, Ardanın klubdan ayrılmasına icazə veriləcəyi bildirilir.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Kataloniya klubundan icarə əsasında heyətə qatılan futbolçu cari mövsümdə əsas heyətdə meydana çıxmayıb. Arda meydana sonradan daxil olduğu 7 oyunda qol hesabını aça bilməyib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1027 səs