23/11/2019
16:35
2074
| A A A
Galatasaray-ın uğurlu seriyası bitdi

Galatasaray-ın uğurlu seriyasına son qoyulub.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi “Türk Telekom Arena”da 41 oyun sonra məğlubiyyət acısı yaşayıb.

Bu, Superliqanın XII turu çərçivəsində ötən gün baş tutan Başakşehir-lə ev oyununda gerçəkləşib. “Sarı-qırmızılar” bu oyundan 0:1 hesablı yenilgi ilə ayrılıblar.

Galatasaray sonuncu dəfə 2016/17 mövsümündə, mayın 6-da keçirilən Kasımpaşa ilə ev oyununda 1:3 hesablı yenilgiyə üzülmüşdü. Ondan sonra baş tutan 41 ev oyununda 34 qələbəyə sevinən “cim-bom” 7 dəfə də heç-heçəyə razılaşmışdı. Fatih Terimin çalışdırdığı kollektiv Superliqada 930 gündən sonra “Türk Telekom Arena”da xalsız qaldı.

Qeyd edək ki, bu, Galatasaray-ın cari mövsümdəki üçüncü məğlubiyyətidir. İlk turda Denizlispor-a səfərdə 0:2 hesabıyla uduzan İstanbul təmsilçisi Beşiktaş-la səfər matçından da 0:1 hesablı məğlubiyyətlə ayrılmışdı. Geridə qalan 12 oyunda 5 qələbə, 4 heç-heçəsi olan komanda 3 yenilginin ardından 19 xalla 6-cı pillədə qərarlaşıb. Galatasaray üzərindəki qələbədən sonra məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdıran Başakşehir isə 22 xalla zirvədə qərarlaşıb.