01/12/2019
16:02
1953
| A A A
Beşiktaş-ın borcu bilindi

Beşiktaş-ın borcu müəyyənləşib.

Goal.az xəbər verir ki, bu, klubun İdarə Heyətinin iclasında açıqlanıb.

İstanbul klubunun ümumi borcu 2 milyard 759 milyon 185 min 877 Türkiyə lirəsi təşkil edir. Bu, təxminən 480 milyon dollar deməkdir. Bu məbləğin böyük əksəriyyəti futbol komandası ilə bağlıdır.

İdarə heyəti yeni ildən borcların azaldılması yönündə müzakirələr aparıb.