06/12/2019
17:54
3603
| A A A
Galatasaray-dan 120 milyonluq anlaşma

Galatasaray Florya Mətin Oktay təsislərini yenidən geri qaytarıb.

Goal.az xəbər verir ki, bu, klub rəhbərliyinə baha başa gəlib.

Baş məşqçi Fatih Terimin tələbindən sonra danışığa başlayan rəhbərlik bazanı yenidən almaq üçün "Emlak Konut GYO" şirkəti ilə anlaşıb. İstanbul nəhəngi bunun müqabilində qarşı tərəfə 120 milyon lirə (təxminən 18,7 milyon avro) ödəyəcək.

Terimin bazanı qaytarmaqla bağlı israrı komandanın oyunlar öncəsi orda məskən salmasına şərait yaratmaq istəyindən qaynaqlanır. (Matc.az)